O, açılış mərasimində iştirak edəcək.
Futbol üzrə Avro-2016 çempionatında iştirak hüququnu qazanmış Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilir ki, noyabrın 17-də Yunanıstana qarşı keçiriləcək matçdan sonra Türkiyə yığmasının baş məşqçisi, "İmperator" ləqəbli Fatih Terim açılış mərasimində iştirak üçün Azərbaycana səfər edəcək.