KANAL24.AZ
Az Iw En Ru

Güləşçimiz yarışdan qovuldu

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.

Kanal24 qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.

125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.


18:10 11.11.2015