KANAL24.AZ
Az Iw En Ru

Xoşqədəm Hidayətqızı efirə qayıdıb

"Axtarıram səni" və "Sən tək deyilsən" verilişləri bağlandıqdan sonra gündəmdən uzaqlaşan aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdıb.

Kanal24 axşam.az-a istinadən bildirir ki, aparıcının "Deməsək olmaz" adlı yeni verilişi ANS-də yayımlanır. İlk proqram dünən efirə gedib. X.Hidayətqızı ilk olaraq 9 noyabr Bayraq günü münasibətilə tamaşaçıları təbrik edib: "Tamaşaçıların görüşünə gəlməkdən böyük xoşbəxtlik yoxdur. Bu gün həm də özəl bir gündür. Bayraq günümüzü qeyd edirik. Hər kəsin bayramı mübarək olsun".


16:46 10.11.2015