KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı iştirakçı “O səs Türkiyə”də

5-ci mövsüm yayımlanmağa başlayan “O səs Türkiyə”nin ikinci buraxılığına 36 yaşlı azərbaycanlı iştirakçı Əli Rza Aryan qatılıb.

“Qafqazinfo”nun məlumatına görə, Cənubi Azərbaycandan olduğunu bildirən ifaçı Bakıda təhsil aldığını və musiqi müəllimi olduğunu qeyd edib.

“O selo mio” mahnısını səsləndirən azərbaycanlı iştirakçı münsifləri heyran edib.

Azərbaycanca danışan münsif Ebru Gündeş iştirakçının onu seçməsini istəyib.

Aryan Gökhan və Hakan Özoğuz qardaşlarını seçib.

 

 

 

 


17:57 06.10.2015