KANAL24.AZ
Az Iw En Ru

YAP-ın bütün namizədləri qeydə alındı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin qeydə alınması prosesi başa çatıb. 
 
 YAP-ın irəli sürdüyü namizədlərin hamısı dairə seçki komissiyalarında qeydə alınıb. 
 
YAP 125 seçki dairəsinin 117-dən namizəd irəli sürüb. Bununla da, YAP Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınan siyasi partiya kimi seçkidə iştirak etmək hüququ qazanıb. 
 
Partiyadan bildirilib ki, uğurla başa çatan imzatoplama kampaniyasında YAP-ın Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilən 1226 nəfər iştirak edib. 
 
Parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

20:40 29.09.2015