KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda ağır avto qəza- xanım sürücü 3 nəfəri öldürdü

Kanal24 Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sumqayıt şəhərində xanım sürücü ağır yol-nəqliyyat hadisəsi törədib.

Belə ki , dünən saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurmuşdur. Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölmüş, N.Babayevin və N.Kazımova isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.


20:57 17.09.2015