KANAL24.AZ
Az Iw En Ru

"Kəbə şirk binasıdır, dağıdılmalıdır" - Səudiyyə polisi

Hər il milyonlarla müsəlman Həcc əməllərini yerinə yetirib, müqəddəs Kəbə evini ziyarət etmək üçün Ərəbistana, Məkkə şəhərinə gedirlər. Ancaq təəssüf ki, 100 ildən artıqdır İngiltərə kəşfiyyatının ortaya çıxardığı vəhabi-sələfi cərəyanı bu diyarı işğal edərək, İslamın müqəddəslərini məhvlə məşğuldurlar.
 
Əlbəttə, dünya müsəlmanlarının basqısı olmasa idi, din və şirk adıyla indi bu ilahi və müqəddəs məkanların izi belə qalmayacaqdı. Əgər müsəlmanların birinci qibləsi qondarma İsrail rejimi tərəfindən işğal edilibsə, hazırkı qiblələri isə İslama və müsəlmanlara qənim kəsilən saxtakarlar, yəni vəhabilər tərəfindən zəbt olunub.
 
Artıq Məkkə və Mədinədə İslam tarixi, mədəniyyətini özündə əks etdirən tarixi məkanlar məhv edilib.
 
Görəcəyiniz videoda içində müqəddəs insanların uyuduğu Bəqi qəbirsanlığına gələn insanlar Ərəbistanın dini polisi tərəfindən basqı ilə üzləşir. Ziyarətçilər ona müxtəlif dəlillərlə vəhabilərin İslama zidd hərəkətlərini sübut etməyə çalışsalar da, söhbətin sonunda dini polis öz dəhşətli fikrini söyləyir: "Gördüyünüz bu Kəbə evi ki var, müşriklərin binasıdır."
 
Qarşı tərəf ona, "belə anlaşılır ki, bu binanı tikən Həzrət İbrahim müşrik idi?!" kimi etirazına isə vəhabi polisi özündən çıxaraq, qəzəblənir.

22:37 14.09.2015