KANAL24.AZ
Az Iw En Ru

SOCAR üçün Mərkəzi Bankın kreditinin istifadə istiqamətləri açıqlandı

"SOCAR üçün Azərbaycan Mərkəzi Bankının kreditinin ümumi məbləği 1,8 milyard manat təşkil edəcək".

Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O, qeyd edib ki, bu məsələlər üzərində iş davam edir, ölkə hökumətinin müvafiq qərarı qəbul edilib: "Kreditin 1,2 milyard manatı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və "Azərkimya" İstehsalat Birliyinin tərkibinə daxil olan müəssisələrin modernləşdirilməsinə xərclənəcək. Daha 600 milyon manat SOCAR-ın qazma üzrə müxtəlif proqramlarının reallaşdırılmasını maliyyələşdirməyə ayrılacaq".


23:49 14.09.2015