KANAL24.AZ
Az Iw En Ru

Dünya çempionatında Toğrul Əsgərova haqsızlıq

Kanal24 sportnet.az-a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markeslə 1/4 final görüşündə hakimlər olimpiya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş Toğrulun təmiz qələbəsini qeydə almayıb.

Artıq 30-cu saniyədən rəqibini yerə sərən Əsgərov onun kürəyini döşəyə sıxmağa müvəffəq olsa da, referi ona təmiz qələbə verməyə tələsməyib. Nəticədə Markes vəziyyətdən çıxıb. Amma hakimlər Əsgərova saxlama fəndinə görə də xal verməyiblər. Yekunda güləşçimiz 5:10 hesabı ilə uduzub. Millimizin böyük məşqçisi Firdovsi Umudov isə hakimlərə kəskin etiraz edib. Amma nəticə dəyişməyib. 


21:05 11.09.2015