KANAL24.AZ
Az Iw En Ru

HDP-yə dəstək verən Beren Saat belə cəzalandırıldı

Ölkə.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində PKK terroru əleyhinə təşkil edilən aksiyalar zamanı HDP-yə verdiyi dəstəyə görə aktrisa Beren Saata da etiraz edilib.
 
Belə ki, aksiya iştirakçıları məşhur "Aşk-ı Memnu" serialının çəkildiyi Vehbi Koç sarayının qarşısına toplaşaraq serialda adı "Ziyagil köşkü" kimi qeyd edilən malikənin qarşısında "Beren Saatın inadına terrora yox!" şüarı altında aksiyas keçiriblər.
 
Xatırladaq ki, Saat 7 iyun seçkilərindən əvvəl sosial şəbəkədə HDP-ni dəstəkləyən paylaşımlar etdiyinə görə terrora dəstək olmaqda ittiham edilmiş və ölkəni tərk etməsi belə istənilmişdi.
 
Türkiyənin müxtəlif bölgələrində son zamanlar artan terror aktlarına qarşı etirazlar baş tutub.
 
Sentyabrın 6-da Haqqari vilayətinin Dağlıca kəndində basdırılan partlayıcının işə düşməsi nəticəsində 16 hərbçi şəhid olub, 6 nəfər yaralanıb. Hazırda Türkiyə Silahlı Qüvvələri bölgədə geniş miqyaslı antiterror əməliyyatları aparır.
 
"Ziyagil köşkü" kimi qeyd edilən malikənin qarşısında baş verənləri əks etdirən videogörüntüləri təqdim edirik:

20:46 10.09.2015