KANAL24.AZ
Az Iw En Ru

Vitse-spikerdən ermənilərin toy mağarını atəşə tutmasına - Reaksiya

“Ermənistan nə qədər insanlıqdan kənar bir mövqedədir ki, hətta toy çadrını belə atəşə tutmaqdan çəkinmir”. 

 

Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spiker Bahar Muradova erməni silahlı bölmələrinin Tərtərin Qapanlı kəndində toy mağarını atəşə tutması hadisəsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, dünənki insident onu göstərir ki, atəşkəs rejminin mövcud olmasına baxmayaraq heç də insanlar dinc dövürdə yaşamrlar və hər gün təmas xəttində bu cür provakasiyalar insan həyatına, onların əmlakına ziyanla nəticələnir: “Növbəti bu cür hadisə də çox ciddi narahatçılıq doğurur. Bu onu göstərir ki, münaqişənin mövcudluğu, region üçün, dünya üçün çox böyük təhlükə olaraq qalır və Minsk qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən yalnız danışmaqdansa bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir. Çünki biz hər zaman görürük ki, münaqişədən söhbət gedərkən yalnız bu insidentlərin aradan qaldırılması yollarının, mexanizmlərinin tapılmasına daha çox diqqət yetirilir. Hətta belə bir diqqət olduğu halda da bu insidentlər davam edir. Nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, Azərbaycan vətəndaşları daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar ki, Minsk qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər”.


19:30 02.09.2015