KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan MN: Cəbhədə 2 erməni işğalçısı ölüb

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-də yayılmış Azərbaycan tərəfindən təxribatın törədilməsi nəticəsində itki verməyimizlə bağlı xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

“Qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə “diversantlar” görsənir. Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb.

Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”,  - məlumatda deyilir. 


22:55 28.08.2015