KANAL24.AZ
Az Iw En Ru

Sterliqovun həyat yoldaşı: Ərim Putini sevir

Rusiyanın tanınmış fermeri German Sterliqovun həyat yoldaşı Alyona oğulları ilə brigə Dağlıq Qarabağdan Rusiyaya qayıdıb, lakin o bildirib ki, ailə “iki ölkədə təsərrüfatla məşğul olmaq” niyyətindədir.  

Oxu.Az xəbər verir ki, bu barədə Alyona Sterliqova “Komsomolskaya pravda”ya eksklüziv müsahibəsində deyib. 

“Biz gözlənilmədən getdik, çünki German öz ailəsi üçün təhlükə hiss etdi. Lakin o elə o zaman bildirdi ki, biz qayıdacağıq, çünki biz yalnız Rusiyada yaşamaq istəyirik. Yalnız bu ölkədə tolerant olmamaq olar və qaraya qara, ağa ağ demək olar. Lakin əgər German Rusiyaya gələ bilməsə, biz uşaqlarla onun yanına getməli olacağıq. Bu aydın məsələdir”, - Sterliqova deyib. 

Onun sözlərinə görə, əgər “hər şey qaydasında olsa”, il ərzində onlar Dağlıq Qarabağda təsərrüfat quracaqlar. 

“Bəli, hesab edirəm ki, bu iki ölkənin təsərrüfatı olacaq. İki unikal ölkə. Rusiyanı tərk etmək istəmirik. German patriotdur, prezident Vladimir Putinə hörmət edir və onu sevir. Onun üçün Rusiyada insanların həyatı düzgün anlamalrını öyrənmələri vacibdir. Biz vəhşilikdən uzaqlaşmalıyıq. Biz özümüzə, həyat yoldaşlarımıza və ərlərimizə hörmət etməyi öyrənməliyik. Biz hamı kimi deyil, özümüz kimi olmalıyıq. Və o zaman bizə bütün dünya hörmət edəcək”, - o deyib. 

 

19:06 05.08.2015