KANAL24.AZ
Az Iw En Ru

Dollar və avroda son vəziyyət

Bu gün avqustun 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
 
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% artaraq 1,0495 manata yüksəlib.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0006 manat və ya 0,06% azalaraq 1,1482 manat olub.
 

18:02 04.08.2015