KANAL24.AZ
Az Iw En Ru

İtmiş Malayziya təyyarəsi ilə bağlı yeni iddialar

Malayziya Hava Yollarına aid “MH370” reysi ilə Pekinə uçan və içərisində 239 nəfərin olduğu təyyarənin itməsindən 1 ildən çox vaxt keçib. Amma nə təyyarə, nə də təyyarənin itmə səbəbi tapılıb. Artıq təyyarə üçün başladılan bütün araşdırmalar da dayandırılıb. 
 
Bizimyol.info xəbər verir ki, təyyarənin itməsindən sonra ortaya inanılmaz iddialar atılıb. Bunlardan biri “Təyyarənin yadplanetlilər tərəfindən qaçırıldığı” iddiasıdır. CNN-in sorğusuna əsasən məlum olub ki, ABŞ-da hər 10 nəfərdən biri bu iddiaya inanır. Digər iddia isə təyyarənin Rusiya və ya Şimali Koreya tərəfindən qaçırılmasıdır. 3-cü iddia isə ABŞ tərəfindən  təyyarənin vurulmasıdır. Ən inanılmaz iddia isə Ukraynada vurulan Malayziya təyyarəsinin əslində itən təyyarənin özü olmasıdır.  Bəzi mütəxəsislərin fikrincə təyyarə okeana çırpılıb. Bu iddianı önə sürən riyaziyyatçılara görə əgər təyyarə burnu üstə okeana çırpılsa o zaman təyyarənin gövdəsi parçalanmaz və tək bir halda okeanın dibinə enər. Əgər bu iddia təsdiqini tapsa o zaman Malayziya təyyarəsinin Hind okeanının dibində olduğunu demək olar. 
 
“Freescale Semiconductor” iddiası
 
İddialardan biri də təyyarənin itməsində böyük bir şirkətin əlinin olmasıdır. Belə ki, təyyarədə çinli iş adamlarından Peidong Wang, Zhijun Chen, Zhihong Cheng və Li Ying  adlı sərnişinlər var idi. Bu şəxslər “Freescale Semiconductor” firmasının ortaqları idi. Firmanın söz sahiblərindən biri isə Jacob Rothschild idi. İddiaya görə ortaqlıq sözləşməsinə görə əgər şəriklərdən 4-ü ölərsə bütün səlahiyyətlər sonuncu şəxsə keçəcəkdi. Bunu əsas götürən bəziləri təyyarənin vurulduğu iddiasına inanırlar. 
 
Sərnişinlərin pulları oğurlandı 
 
Təyyarənin itməsindən qısa bir zaman sonra təyyarədəki sərnişinlərdən bəzilərinin bank hesablarından pulların oğurlanması xəbəri dünyanı şoka saldı. İtmiş təyyarədə olan 4 sərnişinin bank hesabından 111 min Malayziya ringitinin (37 467 Avstraliya dolları) oğurlandı. Pulları oğurlayan 2 bank işçisi həbs edildi. Lakin onların təyyarənin itməsi ilə bir bağlılığının olmadığı bildirildi.  
 
 
Təyyarəyə aid “nəm salfet”
 
Təyyarənin itməsindən bir müddət sonra Avstraliyanın qərb sahillərində Malayziya təyyarəsinə aid olduğu deyilən nəm salfet tapıldı. Bir cütlük tərəfindən tapılan və paketindən çıxarılmamış nəm salfet, Avstraliyanın paytaxtına göndərildi. "Malaysia Airlines" aviaşirkətinə aid olan bu salfetin itmiş təyyarəni tapmaq yolunda atılmış addımlara kömək olacağı düşünülürdü. Lakin nəm salfetin Malayziya Hava Yollarına aid bir başqa təyyarəyə aid ola biləcəyi də bildirildi və bu məsələ də çözülməmiş qaldı. 
 
2 şübhəli İran vətəndaşı
 
 Müstəqil ekspertlərin fikrincə təyyarə radarlardan itdikdən sonra  düz 6 saat havada olub. Bu 6 saat ərzində təyyarədə nələrin baş verməsi ilə bağlı heç bir məlumat yoxdur. Lakin təyyarənin Malayziyanın şimal-şərq sahillərində olduğu zaman geri - Qərbə doğru qayıtdığı məlumdur. Alınan "əl sıxışma" adı verilən siqnallara əsasən məlum olub ki, təyyarə daha sonra cənuba doğru gedib. 6  saat müddətində təyyarə cənuba doğru hərəkət edib. Son "əl sıxışma" siqnalının alındığı bölgədə uzun zamandır axtarışlar aparılır. Bundan əlavə təyyarənin bütün sərnişinləri haqqında ətraflı məlumatlar toplanılıb. Təyyarədə 2 İran vətəndaşının sənədlərində problemin olduğu məlum olub. Onlar haqqında ətraflı araşdırma başladılıb. İran vətəndaşlarının heç bir terror qruplaşması ilə yaxınlığı tapılmayıb. Bütün cəhdlər uğursuzluqla nəticlənib. 
 
Uzun müddətli araşdırmaların nəticəsi olaraq təyyarənin harada olması ilə bağlı son qərar verilib. Qərara sasən təyyarə Hind okeanının cənubunda, Avstraliyanın qərb sahillərində bir yerdədir. Bəzi mütəxəsislərə görə isə təyyarə Hind okeanındakı Dieqo-Qarsiya adasına enib. Bu adada ABŞ-ın bazasının yerləşdiyi bildirilir.
 
Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan təyyarə səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
 
 
 
 

18:00 13.07.2015