KANAL24.AZ
Az Iw En Ru

Elza Seyidcahan fanatlarını sevindirdi

Əməkdar artist Elza Seyidcahanın son zamanlar şeir yazması heç kimə sirr deyil. Gün.az xəbər verir ki, o, bu dəfə yerli şou-biznesdə olan müğənnilərə şeir həsr edib.
 
İfaçı “Gəbələklər” adlı şeirini “Yağışdan sonra göbələklər kimi çoxalan müğənnilər üçün yazmışam”- deyə, bildirib:
 
“Onlar bu sənətə gəlirlər və heç kimə də hörmət etmirlər. Üzr istəyirəm, efirdə həyasızcasına danışır. Gedir, hansısa mağazadan paltar alır çıxır efirə utanmadan marka geyindiyini deyir. Böyüklərə hörmətsizlik edirlər. Çox özlərindən arxayın, təkəbbürlü danışırlar. Vay o yağışdan sonra sənətə gələn göbələklərin halına. Onlar onsuz da itəcəklər”.
 
E.Seyidcahanın “10Lar” verilişində ilk dəfə söylədiyi şeirini oxuculara təqdim edirik:
 
Yağışlıqdan doğan göbələklər bizik biz,
Yağışlıqdan doğan göbələklər dibələklər siz.
Şehlənmişlikdən doğan göbələklər, kəpənəklər küsəcəklər,
Kimik, kimik deyəcəklər.
Güləcəklər, yağışlanmışlıqdan doğan göbələklər,
Nəmişlənmişlikdən doğan itəcəklər.
 
Şehləndirilmişlikdən doğan kimi bəkliyirlər?
Meşəbəylər gələcəklər,
Bağ dediyimi sanacaqlar, tağ dediyimi sayacaqlar.
Dərəcəklər, deyəcəklər, yağışdan doğan tövbələklər.
 
Şehləndirilmişdən doğan lövbərəklər süzəcəklər,
Üzəcəklər, içəcəklər, deyəcəklər.
Leysan yağışlıqdan doğan göbələklər boya bəklər, soya bəklər
Bizik biz, yağşdan qabaq doğan göbələklər.

 

 

 

04:55 07.07.2015