KANAL24.AZ
Az Iw En Ru

Məşhur rusiyalı ifaçı Qarabağda

Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya Azərbaycanın razılığı olmadan Qarabağa gedib. 

Kanal24-ün ans press-ə istinadən məlumatına görə, ifaçı orada musiqi kollecində ustad dərsləri verir. İfaçı erməni jurnalistə müsahibəsində hətta bildirib ki, “insanlar Qarabağa gəlməkdən qorxmamalıdırlar”. 

Lyubov Kazarnovskaya bir il əvvəl bu əməkdaşlıq haqqında razılığa gəlib. Erməni mətbuatı bu ustad dərslərində ifaçının özünün maraqlı olduğunu yazır.

Azərbaycan Xarici İşlər Nazirliyinin tərtib etdiyi "Arzuolunmaz şəxslər siyahısı"na Lyubov Kazarnovskayanın adının salınıb-salınmayacağı isə hələ ki, bəlli deyil. 

Qeyd edək ki, həmin siyahıda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərin adları qeyd edilir.

 

05:57 03.07.2015