KANAL24 ONLINE TV
Az Iw En Ru

Qızıl medallı güləşçimizdən prezidentə əsgər salamı

Azərbaycanın güləş yığması Avropa Oyunlarında aktivinə ilk qızıl medal yazdırıb.
 
APA TV-nin xəbərinə görə, Yunan-Roma yarışlarında 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev final görüşündə macarıstanlı Balint Korpasi üzərində 4:2 hesabı ilə qələbə qazanıb. Çunayev bu qələbə ilə öz çəki dərəcəsində rəqib tanımadığını bir daha isbatlayıb.
 
Görüşü qələbə ilə başa çatdırdıqdan sonra Rəsul Çunayev Heydər Əliyev adına İdman Arenasına toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. Azərbaycan bayrağı ilə arenada dövrə vuran güləşçimiz daha sonra bayrağa bürünərək, əsgər salamı verib. Çunayevin bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

 

 

11:21 14.06.2015