KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Beynəlxalq Bankı POS-terminallarının sayını 71% artırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-oktyabr aylarında ölkənin 44 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb, bu da ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 50%-ni təşkil edir.

Bankın mətbuat xidmətindən “Kanal24”-ə verilən məlumata görə, hazırda ABB-nin bankomatlarının sayı 734 ədəd təşkil edir.

İlin əvvəlindən bankın POS-terminallar şəbəkəsi 70,6% artaraq 8445 çatdırılıb.

Oktyabrın 1-nə ABB-nin 2 181 855 aktiv plastik kartı olub.


21:00 20.10.2014