KANAL24.AZ
Az Iw En Ru

"Real"da baş məşqçi dəyişir

"Karlo Ançelotti istefa verəndən sonra "Real"ın yeni baş məşqçisinin kim olacağını bilirəm". Bu sözləri Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri deyib.
 
Onun fikrincə, tezliklə "kral klubu"nun "sükanı arxasına" Zinəddin Zidan keçəcək: "Yadımdadı, eyni vəziyyət "Barselona"da da baş vermişdi. Heç kim Xosep Qvardiolanın əsas komandanın baş məşqçisi təyin olunacağını gözləmirdi. Ancaq rəhbərlik Pepə güvəndi. O da etimadı doğruldaraq, "Barselona"ya uğurlar qazandırdı. Unutmayaq ki, Zidan da əfsanəvi futbolçu olub və "Real" azarkeşləri onu çox istəyirlər. Odu ki, Ançelottinin gedişindən sonra onun yerini Zidanın tutacağına əminəm".
 
Qeyd edək ki, Anri ilə birlikdə vaxtilə Fransa yığmasında oynamış Zidan hazırda "Real"ın əvəzedici komandasını çalışdırır.//xezerxeber.com

02:04 15.05.2015