KANAL24.AZ
Az Iw En Ru

"Gəncə 2016 AGP" beynəlxalq sərgidə

Konqresin plenar iclası 14-16 oktyabr 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Konqresinin Yerli və Regional hakimiyyətləri Şurasının təşkilatçılığı keçirilib.

Kanal24.az xəbər verir ki, Avropa Gənclər Forumu və Avropa Gənclər Paytaxtlarının iştirakı ilə keçiriləcək Konqresin 27-ci sessiyasında 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncə şəhəri də yaxından iştirak edib.

Nizami yurdunu iclasda Gəncə şəhər icra hakimiyyəti başçısının 1-ci müavini Mikayıl Zeynalov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" İB-nin sədri Elmir Vəliyev və "Gəncə 2016 Avropa Gənclər Paytaxtı" İB-nin üzvü Aysun Zeynalova təmsil ediblər.

Konqresin 27-ci sessiyasında regionlararası əməkdaşlıq, demokratiyanın qurulmasında mətbuatın rolu, əlil insanların sosial həyata inteqrasiyası, onlar üçün bərabər imkanların yaradılması kimi əhəmiyyətli mövzular ətrafında fikir mübadilələri aparılıb.

Sessiya ərəfəsində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ziyafət təşkil olunub. Bu ziyafət zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Mikayıl Zeynalov geniş nitqlə çıxış edib.

Bundan əlavə nümayəndələr bu müddət ərzində Gəncə şəhərinin 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə Avropa Şurasının əsas binasında digər Avropa Gənclər Paytaxtları və Avropa Gənclər Forumu ilə birgə sərgidə iştirak ediblər. "Gəncə 2016 AGP" Avropa Şurasında Avropa Gənclər Paytaxtlarının sərgisində uğurla təmsil olunub.


21:19 17.10.2014