KANAL24.AZ
Az Iw En Ru

Qərb Qarabağda müharibə istəyir

May ayının əvvəlində Serj Sarkisyan və erməni kilsəsinin rəhbərləri Vaşinqtonda görüşəcəklər. 

Ermənilər həmin görüşə ABŞ prezidenti Barak Obamanın da gələcəyini güman edirlər. 

Erməni şərhçi Naira Hayrumyan görüşdən sonra Vaşinqtonun Rusiyaya qarşı təzyiqi artıracağını bildirib. Onun sözlərinə görə, bu təzyiq müharibəyə qədər yüksələ bilər. Şərhçi düşünür ki, ermənilər üçün arzuolunan nəticələrə səbəb olacaq bu müharibəni Rusiya da, Azərbaycan da başlaya bilər. Hayrumyan iddia edir ki, bu müharibədə ABŞ Ermənistan tərəfdə, Rusiya isə Azərbaycanla müttəfiq ola bilər. 

Yəni hər şey 1915-ci ildə baş vermiş Van üsyanında olduğu kimi təkrarlana bilər. Onda Osmanlı təbəəsi olan ermənilər Vana doğru irəliləyən Rusiya ordusuna dəstək üçün qiyam qaldırdılar, bir gecədə 15 min türkü qətlə yetirdilər. 

İndi isə Ermənistan Avrasiya İttifaqının üzvüdür, yəni Rusiyanın müstəmləkəsidir. Belə vəziyyətdə Ermənistanın Rusiyaya qarşı qiyam qaldaracağı gözlənilir. Ermənilər Van təcrübəsindən yararlanaraq Gümrüdəki 5 min rus əsgəri bir gündə boğazlaya bilərlər. 

Amma optimist Naira Hayrumyan bununla belə bu variantda da 100 il qabaqkı ssenarinin təkrarlana biləcəyini istisna etmir: “Onda müharibə oldu, soyqrıma uğradıq, tarixi vətənimizi itirdik”. 

Erməni şərhçi ermənilərin gözlənən bu dəhşətli gələcəkdən yaxa qurtara bilməyəcəklərini bildirir: “Ermənilərdən heç kim heç nəyə icazə istəməyəcək”. /ANS/


00:48 22.04.2015