ABŞ və Türkiyə 1915-ci il hadisələrini müzakirə edəcək.
Müzakirələr Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Vaşinqtona səfəri zamanı aparılacaq.
XİN rəhbəri səfəri zamanı ABŞ Prezidenti Barak Obamanı 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində "erməni soyqırımı" ifadəsini işlətməməyə çağıracaq.
Səfər aprelin 18-21-də baş tutacaq. /Trend/