Türkiyənin İzmir bölgəsində baş verən hadisə medianın marağına səbəb olub.
Leyla Qara adlı qız dostları ilə birlikdə dağlıq sahədəki qayalıqlara qalxmaq istəyib. Təxminən 10 metr yüksəklikdə selfi çəkmək istəyən qız tarazlığını itirərək yerə yıxılıb.
Təcili tibbi yardım çağrılmasına baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmayıb.