KANAL24.AZ
Az Iw En Ru

Ərzaq daşıyan yük maşını "Mercedes"lə toqquşdu: 3 nəfər yaralandı

Bu gün səhər saatlarında İmişli rayonunda "Mercedes" və ərzaq yük maşını toqquşub.

Hadisə səhər saat 11.00 radələrində rayonun Qaralar kəndində baş verib.  

Qəza nəticəsində İmişli rayon sakinləri, 1999-cu il təvəllüdlü Cəfərov Alim İsa oğlu kəllə-beyin travması, 1978-ci il təvəllüdlü Əhmədov Sədi Havar oğlu və 1988-ci il təvəllüdlü Quliyev Elton Tahir oğlu isə sınıq xəsarətləri alıb. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (milli.az)


20:20 28.05.2017