KANAL24.AZ
Az Iw En Ru

Təl-Əviv- Larnaka arasında müntəzəm uçuşlar həyata keçiriləcək

Kipr aviaşirkəti CHARLİE AİRLİNES gələn ayın 5- dən Təl-Əviv-Larnaka arasında müntəzəm uçuşlar yerinə yetirəcək.

Nəqliyyat idarəsinin mətbuata bildirdiyi kimi, uçuşlar həftədə 3 dəfə həyata keçriləcək.CHARLİE AİRLİNES bu marşrut üzrə fəaliyyət göstərəcək 8ci avia şirkətdir.Bu günə qədər İsrail-Kipr arasında Ben Qurion hava limanından həftəlik 55 uçuş həyata keçirilib. Nəqliyyat naziri İsrael Kaç bildirib ki, keçən həftə Çin şirkəti Hainan Airlines İsrailin mülki aviasya idarəsinə Şanxay-Təl Əviv arasında birbaşa uçuşların həyata keçməsi üçün müraciət edib.Reys 2017 ci ilin sentyabrın 12 -oktyabrın 28 i tarixi müddətində həftədə 3 dəfə yerinə yetriləcək.Kaç qeyd edib ki, şirkətlərin sayının artması, müntəzəm olaraq sərnişin daşınması İsrailin strateji vəzifəsidir."Biz aviareyslərin əhatə dairəsini genişləndirərək uçuş qiymətlərində endirimlər edəcəyik ki, bu imkanlardan hər bir İsrailli ailə istifadə edə bilsin."-nəqliyyat naziri deyib.


20:00 26.05.2017