Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi baş verib.
Binə qəsəbəsində yerləşən binalardan birinin 5-ci mərtəbəsində yaşayan 16 yaşlı gənc (hələlik adı açıqlanmır) özünü yuxarıdan atıb.
Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Gəncin yaxınları onun intihar etmək istədiyini bildirsələr də, polis əməkdaşları oğlanın yıxıldığını ehtimal edirlər.