KANAL24.AZ
Az Iw En Ru

Nazir maaş artımından danışdı

"Maaş artımı mart ayı üçün artıq Bakıda yerləşən məktəblərdə fəaliyyət göstərən müəllimlərə ödənilib". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, əksər müəllimlər üçün bu əmək haqqı artımı 20-30 faiz civarındadır: "Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni stajla çalışan və dərs yükünə malik olan müəllimlərin maaş artımı eyni ola bilər".

Nazir həmçinin qeyd edib ki, müəllimin maaşında artım faizi və nisbəti fərdidir. M.Cabbarov artımın müəllimlərin iş stajı və dərs yükündən asılı olduğunu söyləyib: "Bu məsələyə dair Bakı şəhər Təhsil İdarəsi xüsusi açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb”.


20:37 02.04.2015