KANAL24.AZ
Az Iw En Ru

SOCAR TANAP layihəsindəki payının maliyyələşdirilməsinə başlayır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Transanadolu Qaz Kəməri (TANAP) layihəsində şəxsi  iştirak payının maliyyələşdirilməsinə başlayır.

"Report" "Cistran Finance"a istinadən xəbər verir ki, SOCAR və Türkiyənin BOTAS şirkəti layihənin 88% səhmlərinə malikdir. Qalan 12% səhmləri BP şirkəti almaq niyyətindədir. 

Qeyd edək ki, TANAP layihəsi 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə avropa istehlakçılarına qaz tədarük etməlidir. 

Boru kəmərinin tikintisi üçün "Sicim-Yuksel-Akkord Adi Ortakligi", "Tefken Insaat ve Tesisat A.S." və "Fernas Insaat A.S." şirkətləri seçilib. 


20:45 01.04.2015