KANAL24.AZ
Az Iw En Ru

"Mənim hədəfim" və "Hədəfdəki İnsan" kitabları oxuculara təqdim edilib

Kanal24.az xəbər verir ki, oktyabrın 14-də Bakı Jazz Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar" klubu və "Hemofiliyalı Xəstələrin Assosiasiyası"-nın birgə təşkilatçılığı ilə gənc yazar Samir İmanovunun cəmiyyətdə fiziki məhdudiyyətli insanların problemlərindən bəhs edən yeni - "Mənim hədəfim" və "Hədəfdəki İnsan" kitabları oxuculara təqdim edilib.

Tədbiri Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar klubunun sədri Fuad Rəsul açaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladları, eləcə də Müstəqil Azərbaycanımızn Memarı ümummilli lider Heydər Əliyev bir dəqiqəlik sükutla yad edildikdən sonra gənc yazar Samir İmanovun "Mənim hədəfim" və "Hədəfdəki İnsan" adlı kitabları haqqında qonaqlara geniş məlumat vermişdir. Kitab, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasından bəhs edən məqalələr toplusundan ibarətdir. Samir İmanovun daha əvvəlki "Hədəfdəki insan" adlı romanında da cəmiyyətin bu sosial qrupuna aid problemlərdən söhbət açmışdır. Kitabını yalnız bir barmağı ilə yazan Samir İmanov qeyd etdi ki, məqsədi fiziki məhdudiyyətli insanları özünəqapanmadan qismən də olsa, xilas etməkdir. Milli Qəhrəman Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar klubunun solistləri Nurlan Dumanoğlu, Rəşad Abbasov, Elşad Əzizov, Cavid Fərziyev (Karvan qrupu)- Qəhrəmanımıza həsr olunan "Mübariz Olaq" adlı mahnı ifa etmişlər. Tədbirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse prezidenti Shaig Hamidov, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin Yeni Azərbaycan Partiyasının sədr müavini Fazil İbrahimov, "Hemofiliyalı Xəstələrin Assosiasiyası"-nın prezidenti və "Əlil Təşkilatları İttifaqı"-nın idarə heyyətinin sədri Gülnarə xanım Hüseynova, Ramil Səfərov adına "Cənub" Kikboksinq klubunun Direktoru və baş məşqçisi, WPKA-nin(Dünya Professional Kikboksinq Assosasiyasının) dünya çenpionu Samir Həsənov və “Zəka və Ülviyyət” jurnalının baş redaktoru Ləman Mirtalıblı çıxış edərək gənc yazar Samir İmanova uğurlar diləyərək, ona gələcək fəaliyyətində yeni-yeni kitablar yazmasını arzu etmişlər. Tədbirin yüksək səviyyədə keçirilməsində göstərdikləri diqqət və qayğıya görə BAKI JAZZ mərkəzinin rəhbərliyinə və kolektivinə dərin minnətdarıq. Fiziki vəziyyətin necə olursa olsun özünlə FƏXR et.


06:21 15.10.2014