KANAL24.AZ
Az Iw En Ru

Planşet və telefonlardan ÖLÜM SAÇAN TƏHLÜKƏ

İngiltərədə aparılan bir araşdırmaya görə, uşaqların planşet və telefon başında keçirdikləri hər bir saat, 15 dəqiqə daha az yatmalarına yol açır.  
 
London Universitetindəki mütəxəssislər 3 yaşlı uşaqlar üzərində araşdırma aparıb və təcrübədə iştirak edən 715 uşağın valideynləri arasında sorğu keçirilib. Valideynlərdən uşaqlarının telefonlarla necə oynadığı və yuxu rejimləri soruşulub. Nəticələrə görə, sorğuda telefonlardan istifadə edən uşaqların 75 faizi gecə daha az, gündüz isə daha çox yatdıqları müəyyən olunub. 
 
Bundan əlavə planşet və telefon istifadə edən uşaqlarda düşüncə tərzi digər uşaqlara görə daha tez inkişaf etdiyi üçün hiperaktiv olurlar, bu hal isə uşaqların sağlamlığına böyük ziyan vurur.
 

07:47 29.04.2017