KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492) aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. bu Sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”.


01:29 27.04.2017