Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Sərgən Yalçın istefa verib.
Komandasının uğursuz çıxışları onu bu addımı atmağa vadar edib.
Ardıcıl 6 oyundur ki, qələbə qazanmayan Kayseri təmsilçisi son 4 qarşılaşmada uduzub.
“Kayserispor” 28 oyundan sonra 27 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, S. Yalçın bu ilin yanvar ayından “Kayserispor”u çalışdırırdı.