Səudiyyə Ərəbistanının kralı Salman Vaşinqtonda ölkənin yeni səfirini təyin edib.
Yeni səfir kralının oğlu şahzadə Xalid təyin edilib.
"Şahzadə Abdullah bin Feysəl bin Türki ABŞ səfiri vəzifəsindən azad edilib. Şahzadə Xalid bin Salman bin Əbdul-Əziz yeni səfir təyin olunub", - kralın dekretində deyilir.
Qeyd edək ki, şahzadə Abdullah bir ildən bir az artıq bu vəzifədə çalışıb.