Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri travmatoloji xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.