KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın İsraildə növbəti qələbəsi

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Kanal24 xəbər verir ki,Fərid Cəlalovun yetirmələri yenə yerli klubla qarşılaşıblar.

Belə ki, ilk matçda "Yehuda"ya 4:1 hesabı ilə qalib gələn komandamız bu dəfə "İlabur" klubunu məğlub edib. Oyun millimizin 4:0 hesablı (25:20, 25:16, 25:16, 25:21) qələbəsi ilə yekunlaşıb.
 
Qeyd edək ki, kişi voleybolçulardan ibarət yığmamız gələn ay İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək.


18:37 22.04.2017