KANAL24.AZ
Az Iw En Ru

FİDE prezidenti İlham Əliyevə təşəkkür etdi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Azərbaycan Prezidenti İlham Əliyevə FİDE-nin 2018-cü ildə keçiriləcək seçkilərində ona verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

"İnterfax" agentliyi xəbər verir ki, federasiya prezidenti bununla bağlı "Twitter"də yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyev söhbət zamanı 2018-ci ildə FİDE-nin prezidenti seçkilərində mənim namizədliyimi dəstəklədiyini bildirdi. Sağ olun" - deyə İlyumjinov yazıb


16:11 22.04.2017