KANAL24.AZ
Az Iw En Ru

Susmaqla və hərəkətsizliklə də günah etmək və savab qazanmaq mümkündürmü?

Hər bir hərəkətin öz dəyəri olduğu kimi, onun əksi olan hərəkətsizliyin də dəyəri vardır. Məsələn, danışmağın öz hökmləri, susmağın da öz hökmləri var.

Kanal24.az islam.az-a istinadən bildirir ki, bəzən danışmaq, bəzən də susmaq vacibdir; bəzən isə bunlar yerini dəyişir. Haqqın müdafiəsinə ehtiyac duyulduğu zaman danışmaq və zülmün qarışısını almaq hər kəsə vacibdir. Amma təqiyyə məqamında susmaq və həyatı qorumaq zəruri olur. Baxmaq və baxmamağın hökmləri də bu cürdür. Qurani-Kərimə baxmaq və onu oxumaq savabdır, harama isə göz yummaq və baxmamaq lazımdır. Beləcə, bədən üzvləri həm öz hərəkətinə, həm də sükutuna görə məsuliyyət daşıyır.


05:01 21.04.2017