KANAL24.AZ
Az Iw En Ru

Fəzail İbrahimli: Azərbaycanın güclü olmasını qısqanırlar

“Bu gün ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın güclü, regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələdir”. Bu barədə Trend-ə millət vəkili Fəzail İbrahimli deyib.

F.İbrahimli qeyd edib ki, bu qüvvələr daim Azərbaycana qarşı kampaniya aparır, ölkəni dünya ictimaiyyətinin gözündən salmaq məqsədilə qara yaxır: “İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir”.

Millət vəkili vurğulayıb ki, qarayaxma kampaniyası aparanların arzuları ürəklərində, istəkləri gözlərində qalacaq: “Çox təəssüf ki, bizim içimizdə bu xarici qüvvələrə dəstək verən insanlar var. Amma onların arzuları ürəklərində qalacaq”.

F.İbrahimli hesab edir ki, ilk Avropa Oyunları Azərbaycanı dünyaya tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir: “Avropadan iştirak edən idmançılara Avropa xalqları azarkeşlik edəcək. Demək, bu oyunlar Avropada hər bir ailəyə daxil olan oyunlardır. Bu mənada bütün Avropanın, dünya ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq”.


22:02 17.03.2015