KANAL24.AZ
Az Iw En Ru

Quranda və hədislərdə rast gəlinən Sidrətül-müntəha nədir?

Sidrətül-müntəhanın nə olması barədə mənbələrdə fərqli məlumatlar vardır. Hədislərə görə, bu, çox böyük kölgəliyə malik ağacdır. Sidrətül-müntəha səma qatlarının sonunda, cənnətin yaxınlığında yerləşir. Qurani-Kərimdə buyurulur: "And olsun ki, (Peyğəmbər (s) Cəbraili (ə) öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr!" (Nəcm, 13-16).

Kanal24.az  islam.az-a istinadən bildirir ki, Allahın Rəsulu (s) merac səfəri zamanı Sidrətül-müntəhanı seyr etmişdi. Bu ağacın kölgəsində hər ümmətin saleh bəndələri qərar tutub, onun budaqlarının xışıltısı mələklərin təsbihidir. Bəzi təfsirlərə görə, Sidrətül-müntəha Allahın ərşinin kənarındadır, bura ilahi aləmin sərhəddidir. Heç bir canlı (hətta mələklər də) Sidrətül-müntəhadan o tərəfə keçə bilməz.


04:30 19.04.2017