KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin nümayəndə heyəti Çilidə səfərdə olub (FOTO)

12-13 mart tarixlərində Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çilidə səfərdə olub. Azərbaycan XİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə, habelə millət vəkilləri Asim Mollazadə və Aslan Cəfərov daxil olub.

Səfər vaxtı Azərbaycan nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan və Çili arasında parlamentlərarası əlaqələrin inkişafı, bu xüsusda dostluq qrupları arasında təmasların gücləndirilməsi, habelə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə parlamentlərin verəcəyi dəstək mövzuları müzakirə olunub. Görüşlərdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın enerji strategiyası, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələr kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Çili parlamentarları 2014-cü ildə Azərbaycanın Çilidə diplomatik nümayəndəliyinin təsis edilməsini yüksək qiymətləndirib və bu yaxınlarda Çili Milli Konqresində qəbul olunmuş, Çilinin də Azərbaycanda tezliklə diplomatik missiyasının fəaliyyətə başlamasının vacibliyi ilə əlaqədar parlament adından hökumətə müraciəti nəzərdə tutan qətnamənin surətini Azərbaycan nümayəndə heyətinə təqdim edib.

Səfər çərçivəsində Azərbaycan parlamentarları Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə də görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Cili əməkdaşlığının genişləndirilməsi üçün kənd təsərrüfatı, şərabçıl

05:07 15.03.2015