KANAL24.AZ
Az Iw En Ru

“Azərbaycan kinosunun bu vəziyyətində “Dədə Qorqud”u ekranlaşdırmaq müşkül məsələdir”

“Dədə Qorqud”dan bu yana hansı tarixi qəhrəmanlıq dastanlarımızı, həmçinin, yazıçılarımızın qələmə aldığı tarixi əksər romanları ekranlaşdırmağa ehtiyac var. Tarix bir cəmiyyətin, xalqın mahiyyətinin güzgüsüdür. Görəsən, rejissorlarımız bu səpkidə nəyi ekranlaşdırmaq istəyərlər?
 
“İstər yazılı, istərsə də şifahi xalq ədəbiyyatımızda tarixi qəhrəmanlıq motivli bütün əsrləri nəzərdə tutaraq bir cavab verirəm: Mən “Dədə Qorqud”u çəkmək istərdim. Amma o çox ağır məsələdir. Azərbaycan kinosunun bu vəziyyətində “Dədə Qorqud”u ekranlaşdırmaq müşkül məsələdir. Daha düzgün olardı  ki, “Dədə Qorqud” bir neçə türkdilli dövlətlə müştərək proyekt kimi ekrana gətirsinlər. Azərbaycanın bugünkü kin sənayesi “Dədə Qorqud”u ekranlaşdırmağa imkan vermir. Bunun altına girib yarıtmaz iş görmək də bizə yaraşmaz. Hər xalqın  Dədə Qorqud kimi möhtəşəm dastanı olmur. Çox böyük məsuliyyət tələb edən işdir. Burada Azərbaycan xalqının formalaşması,  özünü tanıması, istər dini, istərsə də antropoloji baxımdan  əks olunur”. 
 
Xalq artisti Ramiz Həsənoğlunun isə məsələyə münasibəti korrekt olub:
“Hal hazırda belə bir fikrim yoxdur. O işləri    hayata keçirmək daha gənc  yaşda mümkün ola bilərdi”

02:10 15.04.2017