KANAL24.AZ
Az Iw En Ru

Qərbin İŞİD «çözümü», yaxud bumeranq effektli siyasət

Dünyada baş verən siyasi “oyun”ların yaranma səbəbi yeni əsrdə müstəmləkə siyasətidir. Indiki zamanda öz qarətçilik siyasətini dövlətlərin daxilində süni etirazlar yaratmaq, millətlərarası düşmənçilik salmaq, dini dözümsüzlük nümayiş etdirmək və bununla da öz günahlarını başqalarının üstünə atmaq Qərbin yeni oyunları deyil. Tunisdən “xoşumuza gəlmirsən, sən hakimiyyətdən get” şuarı ilə başlayan oyunun davamı indi də “İŞİD terrorçudur” adı ilə davam edir. Ən varlı quruplaşma olan bu təşkilat bəzi məlumaytlara görə 10 mindən 80 minə qədər silahlı orduya malikdir və ağır hərbi texnika ilə güclənmişdir. Hər yerdə hamının halını bilən Qərb kəşfiyyatı nədənsə bu ordunun yaranmasını görmədi.Bəlkə də görmək istəmədi...

İlk əvvəl İŞİD-i Bəşər Əsədin üstünə göndərən Qərb birdən-birə İŞİD-i öz nəzarətindən qaçırtdı. Bu gün İŞİD faktiki olaraq İraq və Suriyanı bölərək vahid bir ərazidə məskunlaşıb. Bütün baş verən hadisələr bunu deməyə əsas verir ki, Qərbin dövlətləri parçalayaraq, özünə tabe edəcəyi yeni bir dövlət yaratmaq fikrinə qarşı vuruşur. Qərb artıq öz məkirli niyyətini gizlətməkdə çətinlik çəkir. Iraq Kürdüstanının rəhbəri Məsud Bərzaninin öz etirafına görə İraq Kürdüstanının İŞİD-ə qarşı davamlı olmasında Türkiyənin həmin əyaləti silahlandırması olub. Türkiyədə sığınacaq tapan Suriyadan olan minlərlə qaçqınların əksəriyyətinin kürd olması və şəhərlərdə baş verən iğtişaşların olması Türkiyəni bu müharibəyə qarışmağa çağıran çıxışlar bunu deməyə əsas verir ki, Türkiyənin hər hansı bir halda bu müharibəyə qarışacağı təqdirdə aqibəti İraq və Suriyadan ayrı olmayacaq. Sözü gedən müharibənin gedişi dünyada çox qəribə təzadlarla müşaiyət olunur...

Adətən haradasa bir güllə səsi eşidiləndə neftin qiyməti yüksəlirdi.  Amma bu gün bunun təmamilə əksini görürük. Vaxt var idi ki, OPEK  hər həftə yığışıb neftin hasilatını tənzimlənməsi barədə qərarlar qəbul edər, qiymətin sabit saxlanmasına təsir göstərərdilər. Axırıncı dəfə bu təşkilatın nə vaxt toplandığını indi heç kim xatırlaya bilmir...

Qərbin əlində bir oyuncaq olan ərəb neft şeyxləri öz hakimiyyətlərini saxlamaq üçün hər şeyə razı olsalar da, öz güzaranlarının pisləşməsinə heç cür razı olmayacaqlar. Indi 1984-cü il deyil ki, neftin bir barreli 1 litr suyun qiymətinə satılanda da xeyir götürsünlər. Bu gün Səudiyyə Ərəbistanının dövlət büdcəsinin dolması üçün neftin barreli 82 dollara satılmalıdır. Inandırıcı deyil ki, kondisionerin sərinliyinə öyrəşmiş Ərəblər təzədən çadıra qayıtmaq istəsinlər.

Qərb belə davam etsə  bu siyasət onun öz başında çatlayacaq. Belə ki, Ukraynada başlayan iğtişaşlar Rusiyanı oyatdı və rus hakimiyyətinə böyük və bölünməz Rusiyanı yenidən dirçəltmək istəyinə gətirdi. Yaxşı ki, Rusiyanın yadına müstəqillik hədiyyə etdiyi Fillandiya və Polşa, dəyər-dəyməzinə ABŞ-a hədiyyə etdiyi Alyaska düşməyib. Yaxşı ki, Çin böyük Çinü-Maçin İmperiyasını yaratmaq fikrində deyil. Hindistanın başı başqa problemlərlə qarışıb, böyük Hindistan yaratmaq yadına düşmür....

                                                                                                       Xəyalə Süleymanqızı

                                                                                                             "Kanal24"


21:34 15.10.2014