KANAL24.AZ
Az Iw En Ru

Kreml dahi azərbaycanlının yubileyini keçirir

Kreml Dövlət Sarayında xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən qala konsert keçiriləcək.

“Sənsiz nəğmə yoxdur” adlı konsert mayın 31-də olacaq.

Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında baş tutacaq.

Gecədə Rusiya Dövlət Akademik Böyük Teatrının, Moskva Akademik Musiqili Teatrının, Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər.


20:25 13.04.2017