KANAL24.AZ
Az Iw En Ru

"Bomj"u öldürənə 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Vadim Naumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 25-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 23 saylı binanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Pirallahı rayon sakini V.Naumov digər “bomj”, Abşeron rayon sakini Rauf Hacıyevi boğaraq öldürüb. V.Naumov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.


22:52 11.03.2015