KANAL24.AZ
Az Iw En Ru

Bişkekdəki “Türkel” qəzetində Azərbaycan haqqında məqalələr çap edilib

Bişkekdə qırğız, Azərbaycan, türk və rus dillərində nəşr edilən “Türkel” qəzetində Azərbaycan haqqında materiallar çap olunub.

Qəzet Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən bu ölkənin Milli Kitabxanasında Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı keçirilən mərasimdən geniş material verib.

Qəzet Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanovun “AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” sərlövhəli məqaləsini də rus dilində çap edib.

Məqalədə deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC özünün ilk xəbərini 95 il bundan əvvəl yayıb. Onu quran insanlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək”.

Qəzetdə 20 Yanvar faciəsi haqqında məqalə, Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Təndir – Azərbaycan xalqının maddi mədəniyyətinin bir hissəsidir" adlı materialı da yer alıb.



Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri



17:58 09.03.2015