KANAL24.AZ
Az Iw En Ru

17 yaşlı oğlan oğurluq etdi

Bakıda 17 yaşlı oğlan kirayə yaşadığı ünvanda oğurluq edib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, fevralın 27-də saat 20 radələrində G.Şıxlinski küçəsində yerləşən mənzildə Masallı rayon sakini İlqar Abbasovun 120 manat pulu, iki ədəd mobil telefonu, Qobustan rayon sakini Adəm Lətifovun 80 manat pulu, mobil telefonu oğurlanıb.

Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, İ.Abbasov və A.Lətifovla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Hüseyn Cəlal oğlu Əhmədzadə müəyyən olunaraq tutulub.


19:35 04.03.2015