KANAL24.AZ
Az Iw En Ru

"Ölün istəyirəm artıq. Yalnız bir dəfə yetməz, min dəfə ölün!"

Moderator.az Türkiyənin ən məşhur və sevilən aktyoru, həmçinin pyes yazarı Nejat İşlərin maraqlı və aktual bir yazısını təqdim edir:
 
“Ölün istəyirəm artıq. Yalnız bir dəfə yetməz, min dəfə ölün!
 
Ölün istəyirəm artıq. Yalnız bir dəfə yetməz, min dəfə ölün! Bir dəfə Pozantıda təcavüzə məruz qalıb ölün.
Bir dəfə tecavüzcünüzə ərə verilib, intihar edib ölün.
Bir dəfə saxta dəlillərlə həbsə atılın, qəhrdən xəstələnib ölün.
Bir dəfə hüquqlarınız üçün hökumətə etiraz edərkən hökumət tərəfindən başınızdan silahla vurulub ölün.
Bir dəfə əsgər olun, kapitalistlərin uydurma müharibələri üçün ölün.
Bir dəfə düz şəhərin göbəyində, magistralda selə məruz qalıb ölün.
Bir dəfə başınıza qaz bombası atılsın, elə ölün.
Bir dəfə istifadə müddəti keçmiş qazı 5 sm-dən üzünüzə-ağzınıza sıxsınlar, xərçəng olub ölün.
Bir dəfə gecənin qaranlığında küçə ortasında "vurma, ölürəm" deyə qışqırarkən döyülərək ölün.
Bir dəfə soyuqdan donub ölün. Bir dəfə dərə yatağında tikilən sənədli evin çökdüyündə ölün. Bir dəfə mədən qazı partlasın "gözəl ölün". Bir dəfə dəm qazı zəhərləsin yaxşı ölün.
Arxanızdan "taledir, bu işin xarakterində var, çörək almağa getmirdi, terroristdi, bilirsiniz ələvi, qısa tuman geyməsəydi, altı üstü bir neçə kəllə" deməyəcəyəm, and içirəm.
Betonun altında ölmədən dərhal əvvəl çəkilən son portretinizi çərçivələtdirib mənə hədiyyə etdiklərində yanında gülərək poza verməyəcəyəm, and içirəm. 3 dəqiqə iş buraxma aksiyası edib zarafat etməyəcəyəm, and içirəm. Ananızı, yaxınlarınızı danlamayacağam və yeri təpikləməyəcəyəm, and içirəm.
Sözüm sözdür! Siz yetər ki ölün"

 


01:33 31.03.2017