KANAL24.AZ
Az Iw En Ru

Ermənilər Dilqəmlə Şahbazın yeni görüntülərini yaydı - (Yenilənib, Fotolar)

Azərbaycanlı girovlar - Dilqəm Əhmədovla Şahbaz Quliyevin yeni fotoları yayımlanıb.

Lent.az-ın news.am-a istinadən məlumatına görə, girovlarımızın yeni görüntüləri bu gün keçirilən qondarma apelasiya məhkəməsində çəklilib.

 

******

11:34

Xankəndidə azərbaycanlı girovlar – Dilqəm Əhmədovla Şahbaz Quliyevin qondarma apelyasiya məhkəməsi keçirilir.

Lent.az-ın news.am-a istinadən məlumatına görə, “məhkəmə” prosesinə Nayora Qriqoryan sədrlik edir.

“Məhkəmə”də həmçinin qondarma rejim tərəfindən Dilgəm Əsgərova və Şahbaz Quliyevə vəkillik edən Erik Beqlayan və Arkadi İsraelyan iştirak edirlər.

Xatırladaq ki, ermənilərin təşkil etdiyi qondarma məhkəmə Kəlbəcərdə girov düşən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.


20:26 26.02.2015