KANAL24.AZ
Az Iw En Ru

Trampın doğulduğu ev 2,14 milyona satıldı - FOTOLAR

ABŞ prezidenti Donald Trampın doğulduğu ev 2,14 milyon dollara satılıb.

Kanal 24.az  xarici mediaya istinadən xəbər verir ki, sözügedən ev Nyu-Yorkun Queens bölgəsində yerləşir.

Ev 5 yataq otağından ibarətdir və həqiqi dəyərindən 2 dəfə artıq qiymətə satılıb.

Xatırladaq ki, sözügedən ev 2016-cı ildə 1 milyon 650 min dollara satışa çıxarılıb. Daha sonra isə evin satış qiyməti 1 milyon 399 min dollara endirilib. Ancaq Donald Tramp prezident seçilən kimi, həmin evin qiyməti 2 dəfə artırılıb.


21:38 28.03.2017